Kitabxanamız Neftçala rayon MKS-i 1985-ci ildən fəaliyyət göstərir. Hazırda 1 mərkəzi kitabxana və 66 filial kitabxananı əhatə edən MKS 24517 nəfər oxucuya xidmət edir. Filial kitabxanalardan 63-ü kənd və qəsəbə, 3-ü isə Uşaq kitabxanalarıdır. 2009-cu ilin 6 ayı ərzində kitabxanamıza 301 nüsxə kitab və jurnallar daxil olmuşdur. Bunlardan 51 nüsxə kitab M.F.Axundov adına Milli kitabxanadan, 190 nüsxə kitab Kitabxana Kollektorundan, 60 nüsxə jurnal isə digər təşkilatlardan daxil olmuşdur. Hazırda MKS-in kitab fondu 404302 nüsxədir. MKS-də 237 nəfər işçi çalışır, onlardan 169 nəfəri qulluqçudur.Neftçala rayon ərazisində kütləvi kitabxanalar hələ ötən əsrin ortalarından fəaliyyət göstərmişdir. 1973-cü ildə Neftçala müstəqil rayon kimi yaranandan sonra və o vaxtkı rəhbəriyin 1975-ci ildə kütləvi kitabxanaların mərkəzləşməsi haqqında sərəncamından sonra rayonumuzun bir sıra kəndlərində fəaliyyət göstərən kitabxanalar Xıllı qəsəbə kitabxanası ətrafında mərkəzləşdi. Beləliklə 1977-ci ildə rayon Xıllı qəsəbə kitabxanası mərkəz funksiyasını daşımağa başladı. Hələ o dövrdə də Respublikamızda mədəni inkişafa böyük önəm verilir, savadsızlığın təmamilə aradan qaldırılması yolunda böyük işlər görülürdü. Bu baxımdan da kitabxanaların genişləndirilməsinə həmin dövrdə xüsusi diqqət göstərilirdi. 1985-ci ildə Neftçala rayon Mərkəzi Kitabxanası 2 mərtəbəli yeni binaya köçdü və bundan sonra MKS-in fəaliyyəti 1 mərkəzi kitabxana və 85 filial kitabxananı əhatə etməklə daha da genişləndi. Neftçala rayon MKS-i rayonun kənd və qəsəbələrində olan filial kitabxanalara inzibati və metodiki rəhbərlik edir. Kitabxananın fondunda olan minlərlə kitab rayon oxucularının istifadəsindədir. Mərkəzi kitabxanada 4 şöbə və 8 bölmə fəaliyyət göstərir. Xarici ədəbiyyat bölməsi- adından göründüyü kimi xarici ədəbiyyat nümunələrini və xarici dillərdə olan nəşrləri əhatə edir. Uşaq bölməsi- Kitabxananın azyaşlı oxucularına xidmət edir. Fondu vətənpərvər ruhlu ədəbiyyatla zəngindir. Il ərzində fəaliyyət göstərən daimi sərgiləri var. Bölmədə tez-tez müsabiqələr, viktorinalar, şer dəqiqələri və.s təşkil edilir. İncəsənət bölməsi- oxuculara not materialları, mədəniyyət və incəsənətə dair nəşrlərin təbliğ edir. Gənclər bölməsi - Gənc oxuculara xidmət edir. Yuxarı sinif şagirdləri bölməsi- Orta məktəb şagirdlərinə xidmət edir.Kənd təsərrüfatı bölməsi- Kənd təsərrüfatına aid olan ədəbiyyatın və rayonumuzun iqtisadi həyatında baş verən yeniliklərin təbliği ilə məşğuldur. Dövrü mətbuat bölməsi- Kitabxanaya daxil olan qəzet və jurnalların toplanması və saxlanması ilə məşğuldur. Oxu zalı bölməsi- Kitabxanada az sayda olan ədəbiyyatın zallarda mütaliə edilməsini təşkil edir. MKS-də 8 bölmə ilə yanaşı 4 şöbə fəaliyyət göstərir. Komplektləşdirmə və kitabişləmə şöbəsi- Kitabxanaya daxil olan yeni ədəbiyyatın kitabxana qaydası ilə işlənməsi və bölünməsi işini həyata keçirir. Vahid fond-mübadilə şöbəsi- daxil olan ədəbiyyatın toplanıb saxlanması və kitabxanalar arası mübadilə işini həyata keçirir. Abonement şöbəsi- Oxuculara xidmət edir, daimi sərgilərin və kütləvi tədbirlərin təşkilini həyata keçirir. Metodika və biblioqrafiya şöbəsi- Mərkəzi kitabxana və Filial kitabxanalara metodiki rəhbərlik edir, kitabxanada biblioqrafiya işinin təşkilinə nəzarət edir. Metodika-Biblioqrafiya şöbəsi filial kitabxanalara və Mərkəzi Kitabxananın şöbə və bölmələrinə metodiki rəhbərlik işini təşkil edir. Bu məqsədlə şöbə şifahi və yazılı tövsiyyələr verərək, müxtəlif məzmunlu məlumat bülletenləri, əlamətdar günlər, yazıçı və şairlərin yubileyləri ilə bağlı biblioqrafik göstəricilər hazırlayır. Ulu öndər H.Əliyev və onun layiqli davamçısı İ.Əliyevin siyasi fəaliyyəti ilə bağlı tövsiyə biblioqrafik göstəricilər, 12 yanvar 2004-cü il sərəncamı ilə kitabxanamıza 2005-2006-cı illərdə daxil olmuş kitabların biblioqrafiyası da hazırlanmışdır. Mərkəzi Kitabxananın fondunda olan materiallar əsasında H.Əliyevin siyasi fəaliyyətini əks etdirən mövzu kartotekası təşkil edilmişdir. Bundan başqa şöbə diyarşünaslıq xarakterli işlər də həyata keçirir. Bu məqsədlə diyarşünaslıq kartotekası, rayonumuzun tanınmış simaları haqqında toplanan materiallar-tövsiyə göstəricilər müntəzəm olaraq oxuculara təqdim olunur. Bunlardan görkəmli tarixçi alim, etnoqraf, publisist, yazıçı Əlisəfa Məmmədov haqqında “İzi qalan illər” , Aşıq Pəri məclisi”nin yaradıcısı “Narınc Xatun”, şair, publisist Soltan Abbasın 75 illik yubileyi ilə əlaqədar “Ürəklərə səyyah etdi söz məni”, görkəmli alim Hacı İmamverdi Əbilov haqqında “El ağsaqqalı, elm fəadaisi”, şair, publisist İmamverdi Zeynalov və s. haqqında hazırlanan biblioqrafik göstəriciləri misal göstərmək olar. Hazırda bu iş davam etdirilir. Metodika-Biblioqrafiya şöbəsinin metodistləri tərəfindən kənd və şəhərətrafı kitabxanalara reydlər keçirilir, Mərkəzi kitabxananın şöbə və bölmələrinin işi yoxlanılır,kataloq və kartotekaların tərtibi işinə nəzarət,kütləvi tədbirlərin keçirilməsi işinə metodiki rəhbərlik işi həyata keçirilmişdir. MKS il ərzində müvafiq iş planına uyğun olaraq, müxtəlif məzmunlu tədbirlər həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 22 dekabr 2008-ci il sərəncamına əsasən 2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə əlaqədar olaraq, kitabxanamızda xüsusi tədbirlər planı hazırlanmışdır. Bu plana uyğun olaraq Mərkəzi kitabxananın Uşaq bölməsi, 36 saylı Uşaq kitabxanası, 37 saylı Xıllı qəsəbə kitabxanası və 43 saylı Bankə qəsəbə Uşaq kitabxanasında mütəmadi olaraq tədbirlər keçirilir. Əlamətdar və tarixi günlər, şair və yazıçıların, görkəmli şəxslərin yubileyləri Mərkəzi Kitabxana və onun filiallarında müntəzəm olaraq təşkil olunur. Belə tədbirlərdən “Şəhidlər mehrabı, rəhmət duası”, “Xocalı-şəhid şəhər”, “ Mart-Azərbaycanlıların soyqırımı günü”, Oxu zalı bölməsinin təkil etdiyi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86 illik doğum günü münasibətilə xatirə gecəsi, Neftçala rayon balıqçılıq sahəsində səmərəli ixtiraçı, Biologiya elmləri mnamizədi, ziyalı mütəxəssis Mirzağa Qasımovun həyat və fəaliyyətinə həsr olunmuş elmi konfrans, İncəsənət şöbəsində gözəl bəstəkarımız Şəfiqə Axundovanın 85-illiyinə aid “Musiqiyə həsr olunmuş ömür” adlı musiqili ədəbi gecə, “İstedadlı uşaqlar gələcəyimizdir” adlı müsabiqə, “1 İyun Uşaqların müdafiəsi günü”, 57 saylı Beşminlik kənd kitabxanasında “2008-ci ildə kitabxanaya daxil olmuş kitabların Təqdimat mərasimi”, “Hüseyn Arif-85”, 25 saylı Oryad kənd kitabxanası və 50 saylı Kürkənd kənd kitabxanasının Azərbaycan ədəbiyyatının görkəmli klkassiki, böyük dramaturq-şair Cəfər Cabbarlının anadan olmasının 110 illiyi ilə əlaqədar ədəbi-bədii gecə, 1 saylı Xıllı qəsəbə kitabxanası, 23 saylı Tataraməhəllə kənd kitabxanasının təşkil etdiyi “Ailə-məktəb, cəmiyyət” disput, 6 saylı Qoltuq qəsəbə kitabxanası “N.B.Vəziriovun 155 illik yubileyi”, 69 saylı filial kitabxanada “İ.Nəsiminin 640 illik yubileyi” və s. misal göstərmək olar. Gənc kitabxanaçıların uğuru Dekabr ayının 14-də “İRƏLİ İCTİMAİ BİRLİYİ”-nin Neftçala rayonunda təşkil etdiyi “Bizə qoşul” kimpaniyasında bir həftə müddətində Mərkəzləşdirilmiş Kitabxana Sistemindən Nuriyeva Fatimə, İsmayılova Mirzeynəb, Sadıqova Samirə, Əhmədova Elnarə iştirakçı qismində, Həsənova Azadə, Kərimova Nüşabə isə dinləyici qismində iştirak etdilər. Kopmpüter biliklərinin artırılması məqsədilə təşkil edilən kursda iştirakçı qismində çıxış edənlər yüksək nəticə göstərərək, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, HP invent, Microsoft, Bestcomp group, Yumroo təşkilatlarının sertifikatları ilə qiymətləndirildi. Yüksək nəticələrlə imtahan verib Nuriyeva Fatimə və İsmayılova Mirzeynəb II tura keçid aldılar. “Uşaq hüququ” və “Hüquq informasiya mərkəzi” Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 27 avqust 2009-cu il tarixli 2145/03 saylı məktubuna əsasən Neftçala rayon MKS-in Mərkəzi Kitabxanasında fəaliyyət göstərən Regional Kitabxana Məlumat Mərkəzində “Uşaq “ və “Oxu zalı” bölmələrinin fondunda olan Hüquq ədəbiyyatlarından ibarət “Uşaq hüququ” və “Hüquq informasiya mərkəzi” 10 dekabr 2009-cu ildə yaradılmışdır. Mərkəz müasir informasiya texnologiyaları (kompüter avadanlığı və internetlə) habelə uşaq hüquqları və digər hüquq ədəbiyyatları ilə təmin olunmuşdur. Yarandığı ilk gündən mərkəz oxucuların böyük marağına səbəb olmuş və xidmətdən yararlanmışlar. 18.02.2010 tarixində MKS-nin nəzdində fəaliyyət göstərən “Uşaq hüququ” informasiya mərkəzinin nümayəndələri İsmayılova Mirzeynəb və Bağırova Vüsalə Neftçala rayon Muğan liseyində X sinif şagirdləri ilə seminar keçirmişlər. Görüşü keçirməkdə məqsəd 1989-cu il 20 noyabrda uşaq hüquqları haqqında konvensiya ilə şagirdləri tanış etmək idi. Seminar zamanı uşaqlarla sual-cavab aparıldı, məlum oldu ki, şagirdlər hüquqa dair tədris olunan dərslikləri yaxşı mənimsəmişlər. Uşaq hüququ informasiya mərkəzinin nümayəndələri şagirdlərə mərkəzdə mövcud olan ədəbiyyat haqqında da ətraflı məlumat verdilər. Görüş çox maraqlı keçdi. Uşaq hüququ informasiya mərkəzinin nümayəndələri növbəti görüşlər də vəd edir. 19.02.2010-cu il tarixdə Neftçala rayon Mərkəzi kitabxanasında Muğan liseyinin VIII,IX,X,XI sinifləri arasında yarış keçirildi. Yarışın əsas məqsədi “Biliklər qalib gəlsin” devizi altında şagirdlərin intellektual səviyyəsini araşdırmaq, dünyagörüşünü artırmaq həmçinin onlarda elmi bilklərə daha da maraq oyatmaqdır.
Sorğunun nəticələri: